IQNA

Əqidə prinsipləri; Tövhid / 35

İmansızlığın təsirləri

9:35 - September 11, 2023
Xəbər sayı: 3494722
TEHRAN (IQNA) – Allaha imanın təsiri olduğu kimi, küfrün də insanların həyatında görünən müəyyən nəticələri vardır.

Müdrik Allaha inanmayan insan o kəsdir ki:

1- Özünü köksüz, məqsədsiz və tək görüb, məqsədi heyvan kimi ancaq rifah və maddi həyatdır.

2- Hərəkətini təkamül yox, məcburi bir hərəkət hesab edir.

3- Ölümdən sonrakı həyata və ruhun sağ qalacağına inanmadığı üçün ölümdən sonrakı gələcəyini yoxluq hesab edir.

4- Onun həyatda bələdçisi ya zahiri tağutlar, ya da daxili nəfsani-istəklərdir!

5- Onun həyat planı şübhələr, məhdudiyyətlər, qüsurlar və səhvlərlə doludur.

6- Varlığın təfsirində çaşqındır; Çünki o, niyə gəldiyini və niyə getdiyini, həmçinin həyatın məqsədinin nə olduğunu bilmir? Onun düşündüyü şey nə üçün yaşamaq deyil, necə yaşamaqdır.

 

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha