IQNA

Misirdə 989 Quran hafizi təqdir olunub

7:14 - September 17, 2023
Xəbər sayı: 3494754
QAHİRƏ (IQNA) – Əl-Əzhər İslam Mərkəzi Misirin Fəyum əyalətində yerləşən Atlasa şəhərində 989 Quran hafizini mükafatlandırıb.

"İQNA", "Əl-Qhirə 24"-ə istinadən xəbər verir ki, bu mərasim Əl-Əzhər İslam Mərkəzi və Fəyum vilayətinin vəqf idarəsinə tabe olan “Əhli-Quran” Quran məktəbinin rəsmilərinin əməkdaşlığı ilə təşkil olunub.

Atlas şəhərinin “Əl-Rehab” zalında təşkil edilən bu mərasimdə Quranı əzbərləməyi bacaran 350 kişi və qadın mükafatlandırılıb.

Bu mərasimdə Quranın yarısını və vəhy kəlamının dörddə birini əzbərləməyi bacaran 639 Quran öyrənicisi də mükafatlandırılıb.

Bu Quran hafizlərinin təqdir olunma mərasimində çoxlu sayda yerli sakinlər, bir sıra Əl-Əzhər alimləri, ziyalılar və din alimləri və media nümayəndələri iştirak ediblər.

4169180

 

captcha