IQNA

İordaniyada Daun sindromlu ilk Quran hafizi

5:29 - March 20, 2024
Xəbər sayı: 3495662
İQNA – Daun sindromlu gənc İordaniyalı qız Quranı bütövlükdə əzbərləməyi bacaran ilk Quran hafizidir.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, daun sindromlu iordaniyalı 28 yaşlı Revan Duvik yeddi il ərzində bütün Quranı əzbərləyərək arzusunu reallaşdırıb.

Daun sindromu şiddəti uşaqdan uşağa dəyişən və zehni geriliyə, inkişaf ləngiməsinə və öyrənmə problemlərinə səbəb olan genetik bir xəstəlik olaraq təyin olunur. Bununla belə, Rəvan adi məktəbdə oxusa da, sinif yoldaşlarını qabaqlamağı bacarıb və sinfində birinci olub. Qurana olan marağı və sevgisi onun məktəbi tərk edərək Quranı əzbərləməsinə səbəb olub.

İordaniyalı gənc qız 7 illik davamlılıqdan sonra təcvid və hərflərin yazılışını mükəmməl mənimsəyərək Quranı bütünlüklə əzbərləməyi bacarıb.

Hazırda Rəvan Qurani-Kərimi uşaqlara və böyüklərə öyrətmək üçün icazə almaq üçün şifahi imtahandan keçir.

İordaniya Əlillərin Hüquqları üzrə Ali Şurasının prezidenti Revan Duviki təbrik edərək, daun sindromlu insanların ailələri onlara qayğı göstərsələr, öyrənə və təhsil ala və bu sindromun yaratdığı problemləri aradan qaldıra biləcəklərini bildirib.

4206292

captcha