Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) yazılı açıqlamada, "İranın işğal olunmuş ərazilərə hücumu sionist rejimin İranın Dəməşq konsulluğuna hücumuna təbii və uyğun cavabdır. Bölgə xalqının sionist rejimin təcavüzünə qarşı özünü müdafiə etmək hüququ var" ifadəsindən istifadə edib.
HƏMAS-ın bəyanatının davamında qeyd olunub ki, "Ərəb və İslam xalqlarından, dünyanın azad xalqlarından və bölgədəki müqavimət qruplarından Fələstin müqavimətinə, Əl-Əqsa tufanı əməliyyatına, Fələstin xalqının azadlığına, müstəqilliyinə və paytaxtı Qüds olan müstəqil dövlət qurmaq hüququna dəstək verməyə davam etmələrini istəyirik".