Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərində keçiriləcək "kitabət və hüsnxətt" sərgisində Qurani-Kərimin ən qədim əlyazma nüsxəsi nümayiş olunacaq.
"Kitabət və hüsnxətt dünyasına səfər" devizi ilə keçirilən sərgidə nümayiş olunan bu qədim nüsxə hicri-qəməri tarixi ilə ikinci və milad tarixi ilə 8-ci əsrdə kitabət edilib.
Sərgi Səudiyyə Ərəbistanın Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Riyazın milli muzeyində Ərəb dili xəttinin tarixi və kitabət fənləri mövzusunda keçirilir.
Ərəb dili və xəttinin keçən 1700 illik tarixini və inkişaf mərhələsini göstərmək hədəf ili təşkil edilən sərgi İyun ayının 26-dan Avqust ayının 21-dək keçiriləcək.
Sərgidə Qurani-Kərim müxtəlif dövrlərdə kitabət edilmiş nəfis və nadir əlyazma nüsxələri nümayiş olunacaq. /iqna