İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BMT rəsmisi Msuya 9 günlük Yəmənə səfərindən sonra verdiyi yazılı açıqlamada Yəməndə 23,4 milyon insanın humanitar yardıma ehtiyacı olduğu, 17 milyon insanın isə ərzaq təhlükəsizliyindən məhrum olduğuna diqqət çəkib.
Yəmənin pis qidalanma baxımından dünya reytinqlərinin başında olduğunu qeyd edən Msuya 1 milyon 300 min hamilə və ya əmizdirən qadının və 5 yaşdan kiçik 2 milyon 200 min uşağın kəskin qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı olduğunu bildirib.
Donorların öhdəliklərini yerinə yetirməməsi halında milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşdiyinə diqqət çəkən Msuya Yəmənə humanitar yardımların artırılmasını istəyib.