"İQNA", "Acman xəbərləri"-nə istinadən xəbər verir ki, Şarcə Qurani-Kərim və Peyğəmbər (s) Sünnəsi Fondu Qurani-Kərimin 96 kişi və qadın hafizini mükafatlandırıb. Bu mərasim həmin hafizlərin Qurani-Kərimi bütünlüklə əzbərləmək üzrə imtahan vermələrindən sonra keçirilib.
Təqdimetmə mərasimi Qurani-Kərim və Peyğəmbər (s) Sünnə Fondunun Şarcə şəhərində yerləşən qərargahında keçirilib. Burada 2020-2021-ci illərdə Qurani-Kərimi əzbərləməyə başlayan hafizlər mükafatlandırılıb.
Bu mükafatın verilməsində məqsəd Qurani-Kərimi əzbərləməkdə hələ uğur qazana bilməyən qız və oğlanları yarışlara hazırlamaq və həvəsləndirməkdir. Bu vəqfdə 2020-2021-ci illərdə Quranı əzbərləməyi bacaranların sayı 689 nəfərə çatıb ki, onlardan 96 nəfəri imtahan komissiyasının müəyyən etdiyi şərtləri yerinə yetirə bilib.
4119422